Badminton çempionatında 2-ci turun təyinatları açıqlandı

Badminton çempionatında 2-ci turun təyinatları açıqlandı

Azərbaycan Respublikası ali təhsil müəssisələrinin komandaları arasında badminton üzrə çempionatın ikinci turu çərçivəsində iki qarşılaşma keçiriləcək. SİA-nın məlumatına görə, turun açılış oyununda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Bakı Dövlət Universiteti üz-üzə gələcək. Dekabrın 20-də oynanılacaq qarşılaşma saat 12:00-da başlayacaq. Matç ADNSU-nun idman zalında baş tutacaq. Görüşün baş hakimi Vahid Quliyev olacaq. Protokol hakim Cavanşir Əlizadə, Azərbaycan Badminton Federasiyasının (ABF) nümayəndəsi Mövsüm Məlikovdur.

İkinci turun daha bir qarşılaşması Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Texniki Universitetinin komandaları arasında keçiriləcək. ADU-nun ev sahibiliyi edəcəyi oyun saat 14:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Teymur Abbasovdur. Protokol hakim Mahmud Məmmədov, ABF nümayəndəsi Elnarə Əsgərlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə