“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələcək taleyi ilə bağlı qərarını verib. SİA-nın məlumatına görə, belçikalı futbolçu komandasında qalmağı üstün tutub.
PSJ-nin astronomik məbləğdə maaş təklif etməsinə baxmayaraq, “şəhərlilər”in lideri komandası ilə yeni müqavilə imzalamağa razılıq verib. Ulduz futbolçunun yeni sözləşməsi 2024-cü ilə qədər nəzərdə tutulub. De Bruynenin bundan sonra həftəlik qazancı 220 min funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Kevin De Bruyne “Mançester Siti”yə 2015-ci ildə “Volfsburg”dan keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB