Yaşar Vahabzadə Yunis Hüseynovun köməkçisi oldu

Yaşar Vahabzadə Yunis Hüseynovun köməkçisi oldu

“Kəpəz”in əsas komandasının məşqçilər korpusuna daha bir mütəxəssis daxil olub. SİA-nın məlumatına görə, Yaşar Vahabzadə baş məşqçi Yunis Hüseynovun köməkçisi təyin edilib.

57 yaşlı mütəxəssisin son iş yeri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası olub. Vahabzadə baş məşqçi kimi son iki ildə bu komandanı çalışdırıb.

Yaşar Vahabzadə təyinatı ilə bağlı açıqlama verib: “Mənə etimad göstərən insanlara təşəkkür edirəm. Yunis müəllim əlaqə saxlayıb onunla birgə işləməyi təklif etdi. Onun dəvətini qəbul etdim. Bu, mənim Premyer Liqada ikinci iş yerim olacaq. Məşqçilik karyerama “Neftçi”də başladım. Sonra fəaliyyətimi müxtəlif yaş qrupları üzrə yığmalarda davam etdirdim. İndi isə “Kəpəz”də çalışacağam. Gəncə klubu ölkəmizin ən köklü, titullu komandalarındandır. “Kəpəz”in əvvəlki şöhrətini bərpa etməsi, yenidən uğur qazanması üçün əlimdən gəlini edəcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə