"Neftçi” PFK iki futbolçu ilə yollarını ayırır. SİA-nın məlumatına görə, son 5 ayı icarə əsasında Venesuelanın "Mineros Quayana” klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə müqavilə uzadılmayacaq.
Klub rəhbərliyi hər iki futbolçuya gələcək karyeralarında uğurlar arzulayır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB