Bu gün futzal üzrə Yüksək Liqada 12-ci turun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, tura iddialıların dueli ilə start veriləcək. Belə ki, hazırda turnir cədvəlinə başçılıq edən “Araz” ən yaxın izləyicisi “Marafon Futsal”la gücünü sınayacaq.
Turun ikinci oyununda əzəli rəqiblər - “Neftçi” ilə EKOL üz-üzə gələcək. Son oyunda isə “FK. İD. Futsal” “Xəmsə” ilə qarşılaşacaq. Artıq bu oyunlar üçün təyinatlar da açıqlanıb. Həmin təyinatları təqdim edirik:
Yüksək Liqa
12-ci tur
19 dekabr
“Marafon Futsal” – “Araz” (CBC Sport)
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Anar Fərəcov
Hakim-inspektor: Şahin Cəfərov
Bakı İdman Sarayı. Saat 14:30
“Neftçi” İK – EKOL
Hakimlər: Yusif Nurullayev, Əli Cəbrayılov, Azad Hüseynov
Hakim-inspektor: Rafiq Pənəhpur
Bakı İdman Sarayı. Saat 16:00
“FK.İD.Futsal” – “Xəmsə”
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Kənan Məlikov
Hakim-inspektor: Aydın Gözəlov
Bakı İdman Sarayı. Saat 17:30
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB