Afrika Futbol Konfederasiyası 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Qurumun saytında yer alan xəbərə görə, siyahıda Pyer-Emerik Obameyanq (Qabon, "Borussiya" Dortmund), Məhəmməd Salah (Misir, "Liverpul") və Sadio Mane (Seneqal, "Liverpul") yer aıb.
Qalib ekspertlərin və Afrika yığmalarının baş məşqçilərinin səsləri ilə müəyyənləşəcək. Qeyd edək ki, ötən il Afrikanın ən yaxşı oyunçusu "Lester"in yarımmüdafiəçisi Riyad Mahrez seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB