"Neftçi" rəhbərliyi komandanın sabiq rəisi Rafiq Məmmədovu bazaya dəvət edib. Klubun mətbut xidmətindən SİA-ya verilən məlumata görə, "Neftçi" PFK-nın rəhbərliyi Rafiq müəllimlə görüşərək, ötən günlərdən səmimi söhbətlər ediblər. Klubun prezidenti Sadıq Sadıqovun təşəbbüsü ilə "Neftçi" PFK tərəfindən veteran futbol mütəxəssisinə təqaüd ayrılacaq.
Qeyd edək ki, Rafiq Məmmədov 1979-1982-ci illərdə "Neftçi"nin rəisi vəzifəsində çalışıb. Həmin illərdə SSRİ çempionatında çıxış edən "Neftçi" mövsümü uyğun olaraq, 14, 13, 10 və 16-cı yerlərdə bitirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB