19 azarkeş həbs olundu

Xəbər verdiyimiz kimi, AVRO 2012-nin seçmə mərhələsi çərçivəsində 2 gün öncə keçirilən İtaliya - Serbiya matçı serb azarkeşlərin müdaxiləsi ilə yarımçıq saxlanılmışdı. SİA-nın məlumatına görə, dünən öz ölkələrinə qayıdan azarkeşlərdən 19-u sərhəddəcə Serbiya polisi tərəfindən həbs edilib. 

Aralarında azarkeşlər qruunun liderinin yer aldığı tərəfdarlardan 17-si isə İtaliyada həbs edilmişdi.

Xatırldaq ki, İtaliyada təşkil olunmuş matçda Serbiya azarkeşlərinin təhlükəsizlik xidmətinin əməkdaşları ilə dava etmələri və oyunun 7-ci dəqiqəsindən başalayaraq meydana yanan maddələr atmaları şotlandiyalı hakimin matçı yarımçıq saxlaması ilə nəticələnmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə