Voleybol üzrə Bakı şəhər çempionatına start verilib

Voleybol üzrə Bakı şəhər çempionatına start verilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Voleybol Federasiyasının birgə həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq  Xətai rayon 15 saylı UGİM-in voleybol zalında kişilər və qadınlar arasında voleybol üzrə Bakı şəhər çempionatına start verilib. Baş İdarənin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ilk öncə qadınlar arasında yarışlar keçirilib.
Yarışda qadınlardan ibarət "Azərreyl-1", "Azerreyl-2", "Rabitə", "Sərhədçi", "Xətai-1", "Xətai-2", "RİOEUGİM", "Sabunçu" komandaları mübarizə aparıblar. Yarışlara 90-a yaxın idmançı qatılıb.   Çempionatda I yerə "Azerreyl-2", II yerə "Azerreyl-1", III yerə "Rabitə" komandası layiq görülüb.
İlk 3 yerə layiq görülmüş idmançılar Baş İdarə və Azərbaycan Voleybol Federasiyası tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.
Qeyd edək ki, kişilər və qadınlar arasında voleybol üzrə Bakı şəhər çempionatında kişilərin mübarizəsi davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə