Stend atıcılığı üzrə Qran-Pri beynəlxalq yarışıları başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarış Bakıda yerləşən Stend atıcılığı Respublika İdman Kompleksində təşkil olunacaq. Turnirə bu gün start veriləcək. Yarışa Azərbaycanla bərabər Latviya, Litva, Estoniya, Fransa, İngiltərə, Rusiya və Ukraynadan olan 40-dan artıq idmançı qatılacaq. Ümumilikdə, ölkəmiz 22 idmançı ilə təmsil olunacaq. Yarışlar 17 oktyabr tarixinədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB