"Bakı" ilin klubu elan olunub

"Xəyal production" şirkətinin ənənəvi illik dəyərləndirmələrinin nəticələri açıqlanıb. "Buta Palas" sarayında keçirilən "The first" mükafatlandırma mərasimində "Bakı" futbol klubu ilin klubu elan olunub. Paytaxt təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin təşkilatçısı "Xəyal Production" şirkətinin rəhbəri Xəyal Rza fəxri mükafatı "Bakı" futbol klubunun vitse-prezidenti Yaşar Seyidova təqdim edib.

 

Bütün xəbərlər Facebook səhifəmizdə