Veteranlar arasında Avropa çempionatında Azər Əsgərov qızıl medal qazanıb. SİA-nın məlumatına görə, o, 100 kiloqramdan yuxarı çəki dərəcəsində şəxsi hesabda qalib gəlib. Azərbaycan cüdoçuları arasında Fərhad Rəcəbli (90 kq) ikiqat gümüş medalçı olub. Müşviq Cəfərov (66 kq) və Rəsul Sultanov (100 kq) Vətənə bürünc medalla qayıdıblar.
Ümumi komanda hesabında Azərbaycan 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 33 ölkə arasında 9-cu yeri tutub. Fəxri kürsünün yüksək pilləsinə Rusiya komandası qalxıb. İtaliyalılar 2-ci, fransızlar 3-cü olublar.
Xatırladaq ki, cüdo üzrə veteranlar arasında Avropa çempionatı Xorvatiyanın Porets şəhərində keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB