Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarına hazırlıq məqsədilə İspaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək. SİA AFFA-nın rəsmi saytəna istinadən xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 20:30-da "Xetafe" klubunun U-17 komandası ilə qarşılaşcaq.
Xatırladaq ki, Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamızın mübarizə aparacağı 5-ci qrupun oyunları Portuqaliyada təşkil olunacaq:
22 oktyabr
Portuqaliya – Azərbaycan
24 oktyabr
Azərbaycan – Şimali İrlandiya
27 oktyabr
Çernoqoriya – Azərbaycan
Oyunlar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB