Azərbaycan idmançıları dünya çempionatından 3 medalla qayıtdılar

Azərbaycan idmançıları dünya çempionatından 3 medalla qayıtdılar
Pankration üzrə Azərbaycan yığma komandası dünya çempionatından vətənə 3 medalla qayıdıb. Bu barədə SİA-ya Azərbaycan Pankration Federasiyasının prezidenti Azad Əsgərov məlumat verib. O, Bolqarıstanın Varna şəhərində keçirilmiş çempionatda 3 təmsilçimizin iştirak etdiyini qeyd edib. Federasiya prezidentinin sözlərinə görə, yarışda 22 ölkənin idmançıları arasında Kamil Həsənov və Tofiq Cəfərovun gümüş, Aslan Rüstəmov isə bürünc medal qazanıb. K.Həsənov və T.Cəfərov finalda Rusiya, S.Rüstəmov isə Qazaxstan təsmilçisinə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə