“Sumqayıt”ın baş məşqçisi “Atletiko”nun düşərgəsində

“Sumqayıt”ın baş məşqçisi “Atletiko”nun düşərgəsində

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov UEFA-nın PRO kateqoriyası üzrə məşqçi kurslarını uğurla başa vurması məqsədi ilə İspaniyaya yollanıb. SİA-nın məlumatına görə, çalışdırıcı AFFA-nın dəstəyi ilə təcrübə proqramının növbəti mərhələsini 10-17 dekabr tarixləri arasında Madrid “Atletiko”sunun düşərgəsində keçirəcək.

Bir həftə davam edəcək təcrübə proqramında Samir Abasov “Atletiko”nun argentinalı baş məşqçisi Dieqo Simeone ilə görüşəcək və komandanın hazırlıq prosesini izləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə