Avropa Liqasında püşkatma mərasimi keçiriləcək

Avropa Liqasında püşkatma mərasimi keçiriləcək

Bu gün UEFA Avropa Liqasında da püşkatma mərasimi keçiriləcək. SİA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində yoluna davam edən 32 komanda 1/16 finaldakı rəqibini tanıyacaq.
Püşkdən öncə Avroliqanın qrup mərhələsinin qalibi olmuş komandalar səpələnmişlər, qrup ikinciləri isə səpələnməmişlər səbətində yer tutub.

Çempionlar Liqasının qrup üçüncüsü olan 8 komanda isə nəticələrinə görə səbətlərə yerləşdirilib. Onlardan 4-ü səpələnmiş, 4-ü səpələnməmişdi.

Qeyd edək ki, reqlamentə əsasən, eyni ölkə təmsilçiləri və bir qrupda oynamış komandalar 1/16 finalda rəqib ola bilməzlər.
Avropa Liqası
1/16 final
Səpələnmişlər

“Milan” (İtaliya)

“Arsenal” (İngiltərə)

“Atalanta” (İtaliya)

“Atletik” (İspaniya)

“Atletiko” (İspaniya)

“Braqa” (Portuqaliya)

MOİK (Rusiya)

“Dinamo” (Ukrayna)

“Latsio” (İtaliya)

“Leypsiq” (Almaniya)

“Lokomotiv” (Rusiya)

“Viktoriya” (Çexiya)

“Zalsburq” (Avstriya)

“Sportinq” (Portuqaliya)

“Vilyarreal” (İspaniya)

“Zenit” (Rusiya)

Səpələnməmişlər

AEK (Yunanıstan)

“Astana” (Qazaxıstan)

“Seltik” (Şotlandiya)

“Srvena Zvezda” (Serbiya)

“Borussiya” (Dortmund, Almaniya)

“Styaua” (Rumıniya)

“Kopenhagen” (Danimarka)

“Lüdoqorets” (Bolqarıstan)

“Lion” (Fransa)

“Marsel” (Fransa)

“Napoli” (İtaliya)

“Nitsa” (Fransa)

“Ostersund” (İsveç)

“Partizan” (Serbiya)

“Real Sosyedad” (İspaniya)

“Spartak” (Rusiya)

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə