Bu gün futbol üzrə Azərbaycan Kubokunun püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, AFFA-nın inzibati binasında baş tutan mərasimdə cütlüklər bəlli olub. Peşəkar Futbol Liqası klubları səbətlərə bölüb. İlk üç səbətdə Premyer Liqanın 12 komandası yer alıb. Onlar ötən ilin nəticələrinə əsasən bölünüblər. İkinci səbətdə isə I divizionun 10 komandası yerləşib. Aşağı dəstənin 4 komandası yarışdan imtina edib: "Sumqayıt", "Ədliyyə", "Göyəzən", "Energetik"
Qeyd edək ki, ilk iki mərhələdə - 1/16 və 1/8 final mərhələsi bir oyundan ibarət olacaq.
Püşkatmanın nəticələri
1/16 final
Neftçi İSM - Bakılı
Karvan - MKT-Araz
Anşad Petrol - Şuşa
Şəmkir - Rəvan
Şahdağ - Gəncə
Abşeron - MOİK
1/8 final
Şahdağ/Gəncə - Neftçi
Qəbələ - Neftçi İSM/Bakılı
Şəmkir/Rəvan - AZAL
Bakı - Muğan
Anşad Petrol/Şuşa - İnter
Qarabağ - Turan
Simurq - Abşeron/MOİK
Xəzər Lənkəran - Karvan/MKT-Araz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB