Futbol üzrə Türkiyə çempionatının 15-ci turu çərçivəsində keçirilən “Qalatasaray” – “Akhisar” oyununda azarkeşlər ABŞ Prezidenti Donald Trampın Qüds qərarına özünəməxsus şəkildə etiraz ediblər. Axar.az xəbər verir ki, oyunçular meydana üzərində “Qüds qırmızı xəttimizdir” yazılan plakatla çıxıblar.
Azarkeşlər isə, hazırladıqları plakatla Həzrəti Əlinin “Zülmə əngəl ola bilmirsinizsə, onu hər kəsə çatdırın” kəlamını nümayiş etdiriblər. Həmçinin “Qalatasaray” azarkeşlərinin hazırladıqları “Qüds azad deyilsə, dünya dustaqdır” və “Qüds qiblədir, Qüds meracdır” plakatları azarkeşlərin etirazını ifadə edib. Xatırladaq ki, qarşılaşma “Qalatasaray”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB