AÇ-2020: Bakıda A qrupunun oyunları keçiriləcək

AÇ-2020: Bakıda A qrupunun oyunları keçiriləcək

2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Bakı İtaliyanın paytaxtı Roma ilə birgə A qrupunun oyunlarını qəbul edəcək. SİA-nın məlumatına görə, bu haqda qərar UEFA-nın İcraiyyə Komitəsinin İsveçərnin Nyon şəhərində keçirilmiş iclasında qəbul edilib. Avropa çempionatının açılış oyunu Roma şəhərindəki Olimpiya stadionunda keçiriləcək.

Onu da qeyd edək ki, ölkəsində final mərhələsinin oyunları təşkil ediləcək milli komanda bu mərhələyə vəsiqə qazanacağı təqdirdə, ən azı 2 qrup oyununu doğma meydanda keçirəcək.

Qrup oyunlarının şəhərlər üzrə bölgüsünü diqqətinizə çatdırırq:

A qrupu: Roma (İtaliya) və Bakı (Azərbaycan)

B qrupu: Sankt-Peterburq (Rusiya) və Kopenhagen (Danimarka)

C qrupu: Amsterdam (Niderland) və Buxarest (Rumıniya)

D qrupu: London (İngiltərə) və Qlazqo (Şotlandiya)

E qrupu: Bilbao (İspaniya) və Dublin (İrlandiya)

F qrupu: Münhen (Almaniya) və Budapeşt (Macarıstan)

Qrup oyunlarından başqa Bakı Olimpiya Stadionunda 1/4 final mərhələsinin 1 oyunu da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə