AZAL klubunun yeni təlim-məşq bazasının və stadionunun maketi və gələcək görüntüləri - FOTOSLAYD

AZAL klubunun yeni təlim-məşq bazasının və stadionunun maketi və gələcək görüntüləri - FOTOSLAYD

AZAL klubunun mətbuat xidməti Şüvəlan qəsəbəsində tikilməkdə olan təlim-məşq bazasının və stadionun maketi və gələcək görüntülərini yayımlayıb. SİA-nın məlumatına görə, təlim-məşq bazasında və stadionda işlərin ilkin mərhələsi başa çatıb. Belə ki, stadionun tikintisinə məsul olan şirkətlər (yerli "Xəzər" firmasından başqa 1 bolqar , 1 alman və 1 ABŞ şirkəti var) əvvəlcədən tərtib olunmuş qrafikə əməl edərək tikinti, komunal xətlərin çəkilməsi, meydançanın özülünün hazrılanaması və səthin hamarlanması işlərini yekunlaşdırıb. Arxada qalan müddət ərzində meydançada drenaj sistemi, tablo və işıq projektorları quraşdırılıb.

Qeyd edək ki, ABŞ-dan dəvət olunan mütəxəssislər tərəfidən quraşdırılan işıqlandırmanın səviyyəsi meydançanın bütün sahəsinə bərabər paylanmaqla 1500 lüks olacaq. İşıq dirəklərinin hündürlüyü 42 metrdir. Stadionu ümumilikdə 250 işıq lampaları aydınladacaq. Elektrik təminatı üçün Şimal DRES-dən 1.4 km uzunluqda ayrıca xətt çəkilib və gücü 3200 kilovat saat olan yarımstansiya istismara verilib. Bundan başqa, idman qurğusu ən müasir dəbdə olan səsucaldıcılar, internet şəbəkəsi üçün ötürücülər, sanitar qovşaqlar və qızıdırıcı sistemlərlə təmin edilib. Hazırda baza və stadionda mantaj-tamamlama və abadlıq işləri aparılır. Eyni zamanda su anbarında, üzgücülük hovuzunda və ikinci tribunada işlər başa çatmaq üzrədir. Yaxın vaxtlarda isə bolqarıstanlı mütəxəssislər meydançanın örtüyünün döşənilməsinə başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə