"Beşiktaş"a keçəcək futbolçu "Dinamo"nun azarkeşləri ilə vidalaşıb

"Beşiktaş"a keçəcək futbolçu "Dinamo"nun azarkeşləri ilə vidalaşıb

Qışda "Beşiktaş"a keçəcəyi gözlənilən Domaqoy Vida "Dinamo" Kiyevin azarkeşləri ilə vidalaşıb. SİA-nın məlumatına görə, xorvatiyalı futbolçu Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Dinamo" - "Partizan" (4:1) görüşündə komanda ilə sağollaşıb.

Vida "Beşiktaş"la ilkin razılığa gəlib və 2018-ci ilin yanvarında İstanbul klubu ilə müqavilə bağlayacaq. 28 yaşlı müdafiəçi "Beşiktaş"a azad agent statusu ilə keçəcək.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2013-cü ildən Ukrayna klubunda top qovurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə