“France Football” nəşrinin təqdim etdiyi “Qızıl Top” mükafatının builki qalibi Kriştiano Ronaldo olub. SİA-nın məlumatına görə, ilin ən yaxşı oyunçusuna verilən mükafata 5-ci dəfə sahib çıxan portuqaliyalı bununla da Lionel Messiyə çatıb.
“Real”ın super ulduzu fikirlərini bölüşüb: “Bu, fantastik bir andır. İllərdir ki, bu anı gözləyirdim. Geridə qalan il mənim üçün möhtəşəm alındı. Komandamla İspaniya çempionluğunu və Çempionlar Liqasını qazandıq. Özüm də qitənin ən nüfuzlu klub turnirində bombardir oldum. Bütün komanda yoldaşlarıma təşəkkür etmək istəyirəm”.
Ronaldo Messi ilə rəqabəti haqqında da danışıb: “Leo ilə bizim mübarizəmiz hələ çox davam edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB