Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov Media Akademiyanın qonağı olub. "İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, idman karyerasından, əldə etdiyi uğurlardan söz açan çempion o dövrün çətinliklərindən danışıb.
Cüdoçumuz hər bir qələbənin şansla deyil, zəhmətlə qazanıldığını qeyd edib. Daha bir maraqlı faktı isə onun qələbələrinin xüsusi tarixlərdə baş verməsidir: "Mən məhz ad günümdə Olimpiya çempionu oldum, elə həmin ildə də ailə həyatı qurdum. İlk Avropa çempionluğum isə ümumilli lider Heydər Əliyevin doğum günü ilə üst-üstə düşmüşdü."
Daha sonra tələbələrin suallarını cavablandıran N.Hüseynov bildirib ki, gələn ildən etibarən məşqçi kimi fəaliyyət göstərəcək. Onun ən böyük arzusu isə oğlunu Olimpiya çempionu görməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB