Milli Gimnastika Arenasında növbəti birgə yarışlara start verilib

Milli Gimnastika Arenasında növbəti birgə yarışlara start verilib

Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, batut gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

SİA-nın məlumatına görə, yarışların birinci günündə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarına daxil olan bədii və batut gimnastları medallar uğrunda mübarizə aparırlar.

Sonra 2005-2006-cı il təvəllüdlü bədii gimnastlardan ibarət komandalar lentlə qrup hərəkətləri yarışında çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə