Qadın hakimlərimiz Latviyaya gedəcək

Qadın hakimlərimiz Latviyaya gedəcək
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Latviyada təşkil olunacaq 9-cu qrupunun oyunlarına Azərbaycanı təmsil edən hakimlər də təyinat alıb. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 14-dən 19-dək olan müddətdə keçiriləcək və İsveçrə, Polşa, Latviya, Estoniya yığmalarının mübarizə aparacağı bu qrupun oyunlarında ədalət prinsiplərini qoruyan hakimlər arasında Venera Kahriç-Muradova və Ülviyyə Mustafayeva da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə