"Ümumdünya boks seriyası"nın birinci mövsümünə start veriləcək. SİA-nın məlumatına görə, noyabrda başlayacaq mövsümdə hər komanda 12 görüş keçirəcək. Azərbaycan komandası Qazaxıstan, Çin və Hindistanla eyni qrupda yer alıb.
Pekin komandası Bakı komandasını qəbul edəcək, Dehli isə evdə Astana ilə münasibətlərə aydınlıq gətirəcək.
İlk iki yeri tutmuş ən yaxşı komandalar yarımfinala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, yarışlarda AİBA-da qeydiyyata alınmış 18-35 yaşlı boksçular 5 çəki dərəcəsində iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB