Beynəlxalq Avtomobil Federasiyası Formula 1-in 2018-ci il mövsümü üçün təqvimini rəsmən təsdiq edib. SİA-nın məlumatına görə, mövsüm 21 mərhələdən ibarət olacaq. İlk yarış martın, son yarış isə noyabrın 25-də keçiriləcək. Azərbaycan Qran Prisi aprelin 29-da baş tutacaq. İlkin təqvimlə müqayisədə Çin və Bəhreyn mərhələləri yerlərini dəyişib. Mövsümün ikinci yarışı Bəhreyndə, ardınca isə Çində keçiriləcək.
Formula 1-in 2018-ci il mövsümü üçün təqvimi:
25 mart - Avstraliya Qran Prisi
8 aprel - Bəhreyn Qran Prisi
15 aprel - Çin Qran Prisi
29 aprel - Azərbaycan Qran Prisi
13 may - İspaniya Qran Prisi
27 may - Monako Qran Prisi
10 iyun - Kanada Qran Prisi
24 iyun - Fransa Qran Prisi
1 iyul - Avstriya Qran Prisi
8 iyul - Böyük Britaniya Qran Prisi
22 iyul - Almaniya Qran Prisi
29 iyul - Macarıstan Qran Prisi
26 avqust - Belçika Qran Prisi
2 sentyabr - İtaliya Qran Prisi
16 sentyabr - Sinqapur Qran Prisi
30 sentyabr - Rusiya Qran Prisi
7 oktyabr - Yaponiya Qran Prisi
21 oktyabr - ABŞ Qran Prisi
28 oktyabr - Meksika Qran Prisi
11 noyabr - Braziliya Qran Prisi
25 noyabr - Abu-Dabi Qran Prisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB