"Şaxtyor"un baş məşqçisi "Zorro" geyimində - FOTO

"Şaxtyor"un baş məşqçisi "Zorro" geyimində - FOTO

"Şaxtyor"un baş məşqçisi Paulu Fonseka maraqlı addımı ilə yadda qalıb. SİA-nın məlumatına görə, o, Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti" üzərində qələbədən sonra (2:1) mətbuat konfransına "Zorro"nun kostyumunda gəlib. Portuqaliyalı məşqçi bununla da 1/8 finala çıxacaqları təqdirdə verdiyi sözə əməl edib.

Baş məşqçi bunun səbəbini belə izah edib: "Bu, mənim həyatımda ən şən mətbuat konfransıdır, hamı gülür. Hansı "Zorro"nu daha çox bəyənirəm, Alen Delon, yaxud Antonio Banderrasınkını? Cavab vermək çətindir. Hazırda daha çox Paulu Fonsekanın "Zorro"su xoşuma gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə