Mərakeşdə gənclər arasında Dünya çempionatında mübarizə aparacaq yığmasının heyəti müəyyənləşib

Mərakeşdə gənclər arasında Dünya çempionatında mübarizə aparacaq yığmasının heyəti müəyyənləşib
Mərakeşdə gənclər arasında Dünya çempionatında mübarizə aparacaq yığmasının heyəti müəyyənləşib. Bu barədə SİA-ya JudoOnline-dən məlumat daxil olub. Belə ki, 21-24 Oktyabr tarixlərində baş tutacaq yarışlarda məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında Respublikamızı ümumilikdə 10 cüdoçu -Elsəvər Sadıqzadə, Əli Rzayev (hər ikisi 55kq ) , Vüqar Şirinli , Mirzə Əgərov ( hər ikisi 60kq), Sərxan Əhmədov , Rüstəm Orucov (hər ikisi 66kq), Seyran Mahmudov (73 kq), Səfquliyev Tura ( 81 kq), Kənan Nağıyev və Şahin Qəhramanov (hər ikisi 90 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə