Fatih Terim Bosniya və Hersoqovina yığmasını çalışdıracaq?

Fatih Terim Bosniya və Hersoqovina yığmasını çalışdıracaq?

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Bosniya və Hersoqovina yığmasını çalışdıra bilər. Bu barədə “fanatik” idman saytı məlumat yayıb. Xəbərdə deyilir ki, Mehmed Bazdareviçin istefasından sonra bu vəzifəyə Fatih Terimin təyin olunması gözlənilir. Bosniya və Hersoqovina Futbol Federasiyasının Terimlə danışıqlar apardığı bildirilir.

Qeyd edək ki, millimizdən ayrılan Robert Prosineçkinin adı da bu ölkənin milli komandası ilə hallanır.

Bütün xəbərlər Facebook səhifəmizdə