Şahmatçılarımız beynəlxalq turnirdə liderlər sırasındadırlar

Şahmatçılarımız beynəlxalq turnirdə liderlər sırasındadırlar

Odlar Yurdu Universitetində uşaqlar arasında keçirilən beynəlxalq şahmat turnirinin "A" qrupunda 5 tur oynanılıb. SİA-nın məlumatına görə, bu qrupda çıxış edən Azərbaycan şahmat məktəbinin yetirmələri Məhərrəm Cəfərov, Aytən Əmrayeva və Gürcüstan təmsilçisi Georgi Sebaşvili hərəyə 4 xal toplayaraq turnir cədvəlinin önündə gedirlər.

"B" qrupunda isə 7 turdan sonra Mixai Şumanski (Polşa) və İsayş Bartiste (Trinidad və Tobaqo) 6 xalla 1-2-ci yerləri bölüşürlər.

İsveçrə sistemi üzrə keçirilən turnirin sponsorları Makdonalds və Bakcell şirkətləridir.

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə