Rusiya yığması 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarından uzaqlaşdırılıb. SİA TASS-a istinadən xəbər verir ki, qan analizlərində dopinq tapılmayan idmançılar Cənubi Koreyanın Pxonçxan şəhərində 2018-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarında neytral bayraq altında çıxış edə biləcəklər.
Bununla yanaşı, Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovu Beynəlxalq Olimpiya Komitəsinin üzvlüyündən, sabiq idman naziri Vitaliy Mutkonu və onun müavini Yuri Naqornını isə Olimpiya Oyunlarında rəsmi şəxs kimi iştirakdan həmişəlik məhrum edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB