“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Naxçıvan M.R-nın Gənclər və İdman nazırliyinin təşkilatçılığı ilə 05 dekabr 2017-ci il tarixdə Naxçıvan şəhərində keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, millət vəkili Rauf Əliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR-nın gənclər və idman nazıri Azad Cabbarov və layihənin kordinatoru Kərim Ağayev iştirak edib.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR-nın gənclər və idman nazıri Azad Cabbarov çıxış ediblər. Çıxış edənlər ilk növbədə "Qarabağ" Futbol Klubunun Çempionlar Liqasının qrup mərhələsinə çıxması ilə əlaqədar əldə olunan tarixi qələbənin əhəmiyyətini qeyd ediblər və komandaya qarşıdakı oyunlarında uğurlar diləyiblər. Vurğulanıb ki, bu tarixi hadisə Azərbaycanda futbolun inkişafına böyük təsir göstərəcəkdir.
Qeyd edilib ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilib.
Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.
Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB