"Napoli" futbolçusu ilə yeni müqavilə bağlayıb

"Napoli" futbolçusu ilə yeni müqavilə bağlayıb

"Napoli" 26 yaşlı müdafiəçi Fauzi Qulamın müqaviləsini yeniləyib. SİA-nın məlumatına görə, yeni anlaşma 2022-ci il 30 iyuna kimi nəzərdə tutulub. Bu barədə Neapol klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

"Napoli" F.Qulamın məvacibini illik 3.5 milyon avroya yüksəldib. Əlcəzairli futbolçunun müqaviləsində 35 milyon avro buraxılış qiyməti göstəriləcək. Bu mövsüm müdafiəçi A Seriyasının 11 oyununda meydana çıxıb və 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə