"Roma" "Qarabağ"a minimal hesabla qalib gəldi

"Roma" "Qarabağ"a minimal hesabla qalib gəldi

Bu gün Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – 6-cı turuna start verilib. SİA-nın verdiyi məlumata görə, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” sonuncu oyununa çıxıb. Ağdam təmsilçisi İtaliyada “Roma”nın qonağı olub.

Qrupdan çıxmaq şansını itirən komandamız üçün bu oyun formal xarakter daşısa da, romalılar üçün əhəmiyyəti böyükdür.

Qeyd edək ki, “Roma” ilə “Qarabağ” arasında Bakıda keçirilən görüş İtaliya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

C qrupu

23:45. “Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan) - 1:0

Qol: Perotti - 53

Baş hakim: Tobias Stieler

Baş hakimin köməkçiləri: Mayk Pikel, Yan Seydel

Əlavə hakim köməkçiləri: Bastian Dankert, Harm Osmers

Dördüncü hakim: Kristian Gittelmann (hamısı Almaniya)

Roma. Olimpiya stadionu

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) - 0:0

Bütün xəbərlər Facebook səhifəmizdə