“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib

“Qarabağ” UEFA Gənclər Liqasında sonuncu oyununu keçirib

Bu gün UEFA Gənclər Liqasında qrup mərhələsinin sonuncu turunda “Qarabağ” komandası növbəti oyununu keçirib. Rəşad Sadıqovun baş məşqçisi olduğu U-19 komandası “Tre Fontane” stadionunda “Roma”nın qonağı olub. Matçın 19-cu dəqiqəsində “Roma”nın heyətində Zakaria Sdaiqui hesabı açıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Vicente Besuijen ikinci topu “Qarabağ”ın qapısından keçirib. Fasiləyə meydan sahibləri 2:0 hesablı üstünlüklə yollanıblar.

Görüşün ikinci hissəsində “Qarabağ” qapısında üçüncü topu görüb. Oyunun 81-ci dəqiqəsində Ludoviko Dorazio fərqlənib. Beləliklə, matç “Roma”nın 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə