Ronalduya “Qızıl top” Parisdə təqdim ediləcək

Ronalduya “Qızıl top” Parisdə təqdim ediləcək

“Real” futbol klubunun hücumçusu Kriştianu Ronalduya 5-ci “Qızıl top” dekabrın 7-də Parisdə təqdim ediləcək. Təltifolunma mərasimi Eyfel qülləsində keçiriləcək. Əvvəlcə “France Football” jurnalı mükafatı Milad gününə yaxın təqdim etməyi planlaşdırırdı. Lakin “Real”ın gərgin təqvimi mərasimi dekabrın əvvəlinə keçirməyə məcbur edib.

Oktyabr ayında Ronaldu FIFA versiyasına görə dünyanın ən yaxşı oyunçusu adına ardıcıl olaraq ikinci dəfə layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə