Beynəlxalq Könüllülər Günü münasibəti ilə tədbir keçirilib - FOTOLAR
Beynəlxalq Könüllülər Günü münasibəti ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən könüllülər üçün bayram mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir Formula 1 üzrə Azərbaycan Qran Prisinin Pit binasının Paddok Klubunda təşkil edilib.
Mərasimdə Formula 1 üzrə Azərbaycan Qran Prisinin könüllüləri, ASAN könülləri və “Canlı İşıqfor” piyadalara kömək təşəbbüs qrupunun üzvləri iştirak ediblər.
Öncə BŞH-nin İşçi qüvvəsi şöbəsinin meneceri Atif Qəmbərov, ASAN Könüllülər məktəbinin rəhbəri Cahangir Hacıyev və “Bir” Tələbə-Könüllü Proqramının meneceri Tural Abdullazadə çıxış edərək, Azərbaycanda könüllülük hərəkatı haqqında danışıb, könüllülük proqramına qoşulmuş hər kəsi bayram münasibəti ilə təbrik ediblər. Qeyd olunub ki, ölkəmizdə könülllük hərəkatı yüksək səviyyədə inkişaf edib. Könüllülərimiz ölkəmizin və gənclərimizin rifahı naminə böyük tədbirlərə qatılıblar.
Əlavə olunub ki, 2018-ci ildə keçiriləcək Formula 1 üzrə Azərbaycan Qran Prisində iştirak etmək üçün 12000-dən çox könüllü müraciət edib. Yaxın günlərdə müsabiqədən uğurla keçən 3 min nəfərin adı elan ediləcək və onlar təlim mərhələsinə dəvət olunacaqlar.
Daha sonra könüllülər arasında viktorinalar keçirilib və qaliblərə qiymətli hədiyyələr təqdim olunub.
Tədbir gənc ifaçıların konsert proqramı ilə davam etdirilib və könüllülər üçün əyləncəli proqram təşkil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB