Rəhim Əliyev: “İşin çətinliyindən qorxmuram” - AÇIQLAMA

Rəhim Əliyev: “İşin çətinliyindən qorxmuram” - AÇIQLAMA

Tanınmış Formula1 şərhçisi, F-1.az saytının baş redaktoru Rəhim Əliyev futbol üzrə Azərbaycan I Divizionunda mübarizə aparan “Xəzər” klubunun sosial media və marketinq meneceri vəzifəsinə təyin edilib. Eyni zamanda Formula 1 üzrə Azərbaycan Qran Prisinin rəsmi səfiri olan R.Əliyev təyinatı ilə bağlı SİA-ya açıqlama verib.

O, “Xəzər” komandasına keçidinin təfərrüatları haqda danışıb: “Keçən ayın 1-dən əvvəlki iş yerimi tərk edib, iki ay dincəlməyi qarşıma məqsəd qoymuşdum. Yəni yanvarın 1-dən iş axtarmağa başalamağı düşünürdüm. Bu vaxt ərzində dostlardan, tanışlardan müxtəlif sahələrdə təkliflər aldım. Bu təkliflərin heç bir sevimli idmanımla - Formula1 ilə bağlı deyildi. “Xəzər” komandası isə dərhal təklif göndərənlərdən idi. Bu komandanın rəhbərliyi ilə görüşdüm, söhbətləşdim. Onların perspektivləri ilə maraqlandım. Çox ambisiyalı planları var. Avqustda ayında yaranmış bir kollektivdir. Düşündüm ki, mən də onlara qoşulum, əlimdən gələn köməyi əsirgəməyim. Sıfırdan bir komandanı ayağa qaldırmaq lazımdır. Ona görə də bu gündən komanda ilə çalışmağa qərar verdim”.

R.Əliyev vurğulayıb ki, sosial media və marketinq meneceri kimi komandanın daha tez tanınması məsələsi onun üzərimə düşür: “Formula1-dən fərqli olaraq, futbol hamımızın yaxşı bələd olduğumuz bir idman növüdür. İşin çətinliyindən də qorxmuram. Çünki jurnalist dostlarımın bir çoxu futbolla sıx bağlıdırlar. Elə onlara da arxayın olub bu qərarı qəbul etdim. Ümid edirəm ki, komandamız tezliklə Premyer Liqaya vəsiqə qazanacaq və ölkəmizi dünya arenasında layiqincə təmsil edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə