"Rəqibi tanıyırıq. Təzyiq olmadan meydana çıxacağıq. Bu oyundan sonra "Roma"nın taleyinə aydınlıq gələcək". SİA-nın məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Maksim Medvedev "Roma" ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib.
O, qarşılaşma haqda fikirlərini bildirib: "Son oyunumuza gəlmişik. Yaxşı oyun nümayiş etdirməyə çalışacağıq. “Roma” üçün hər şey bizimlə oyundan sonra bilinəcək. “Qarabağ”ın 2 ən təcrübəli müdafiəçisi yoxdur. Amma onları əvəzləyə biləcək futbolçularımız var. “Roma” kimi rəqiblə hər dəfə oynamaq imkanımız olmur. Həvəsli futbolçularımız var. Məhz bu həvəs sayəsində oynaya bilməyənlərin yerini sığortalaya bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB