Azərbaycan millisi bu gün Yunanistan yığması ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Yunanistan yığması ilə qarşılaşacaq
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması bu gün ikinci oyununu keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq oyunda yığmamızın rəqibi Yunanıstan komandası olacaq.
Xatırladaq ki, U-19 AÇ-nin ilkin seçmə mərhələsində birinci oyununu oktyabrın 11-də Portuqaliya yığmasına qarşı keçirib və matç 2:2 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə