Rəşad Sadıqov Əmrə Belözoğlunun yığmadan çıxmasına səbəb oldu

Rəşad Sadıqov Əmrə Belözoğlunun yığmadan çıxmasına səbəb oldu
Azərbaycan milli komandasının üzvü Rəşad Sadıqovun AVRO 2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən matçda Türkiyə millisnə vurduğu yeganə qol Əmrə Belözoğlunun yığmadan çıxması ilə nəticələnib. SİA-nın məlumatına görə, Ə.Belözoğlu vurulan qolda özünü günahkar sayır: "Qol mənim günahımdan oldu. Mənim tutmalı olduğum futbolçu qol vurdu. Yaşımız da çoxalıb. Biz çox böyük pullar qazanırıq. Bizim qazandığımız pulların 1/20-ni qazanmayan Azərbaycan furbolçuları qarşısında bu vəziyyətə düşməməli idik. Hamıdan çox üzr istəyirəm. Bu çempionatdan sonra milli komandadan çıxacağam. Bunu çox ciddi düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə