Respublika stadionunda jurnalistə qarşı polis zorakılığı

Respublika stadionunda jurnalistə qarşı polis zorakılığı

Azərbaycan – Türkiyə matçı bitəndən sonra həmişəki kimi, baş məşqçilərin mətbuat konfransına yollanmaq istəyən jurnalistlər polis zorakılığına məruz qaldılar. SİA-nın məlumatına görə, polislər jurnalistlərlə kobudluqla davranmaqla yanaşı, küçə söyüşləri söyməyi də yadlarından çıxarmırdılar. Həmkarımız – qafqazinfo.az saytının əməkdaşı Xəyal Azəroğlunu isə polislər daha çox təhqirə və kobudluğa "qonaq etdilər". Belə ki, polis əməkdaşlarından biri sözügedən jurnalistin fotokamerasını əlindən kobudluqla almaq istəyərkən bu hərəkəti mübahisəyə səbəb oldu. Polis cəhd edərək jurnalisti döymək istədi. Digər polislər isə sanki qatı cinayətkar yaxalamış kimi cəld yoldaşlarına köməyə gəldilər. X.Azəroğlunun "Sizə kim icazə verib jurnalistlə belə davranırsınız?" deməsi isə sanki onları daha da qıcıqlandırırıdı. Digər media nüməyəndələri mübahisəni yatırmağa cəhd göstərirdi. Ancaq polislər inadla fotokameranı almaq qərarında idilər. Onlar  X.Azəroğlunu həbs etmək qəraraına gəldilər. Təhirlərindən əl çəkməyən polislər jurnalistin üzərinə yenə də vəhşiliklə hücum çəkdilər. Son anda isə işə qarışan AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu onların zorakılığının qarşısını ala bildi. Belə ki, M.Nərimanoğlu hər iki tərəf ilə danışıb mübahisəyə son qoydu. Ancaq mübahisənin yatırılmasında yenə də adıçəkilən həmkarımızın polislərin zorakılığı barəsində yazamyacağına söz verməsi oldu. O söz verdi, yazmadı. Bəs digər media? Necə ola bilər ki, inadla "Fotoaparatı verin, onun başına çırpacam", - deyə qışqıran polis 30-40 jurnalistin müzakirə mövzusu olmasın?!"
O yazmadı, ammma hamı yazdı.

Bütün xəbərlər Facebook səhifəmizdə