Cəzaçəkmə müəsissəsində voleybol üzrə turnir keçirilib

Cəzaçəkmə müəsissəsində voleybol üzrə turnir keçirilib

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəsissəsində voleybol üzrə turnir keçirilib. SİA-nın məlumatına görə, turnirin açılışında Penitensiar Xidmətin Tərbiyə işinin təşkili İdarəsinin rəis müavini, ədliyyə mayoru İntiqam Əliyev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov çıxış edərək keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulayıb, turnir iştirakçılarına uğurlar diləyiblər.

Cəzaçəkmə müəsissəsinin məhkumlarından ibarət 8 komandanın iştirakı ilə dairəvi sistem üzrə keçirilən turnirdə I yeri "Muğan", II yeri "Xudafərin", III yeri isə "Sahil" komandası tutub.

Turnirdə I, II, III yerlərə layiq görülmüş komandaların üzvləri Baş İdarə tərəfindən xatirə hədiyyələri və müvafiq dərəcəli diplomlarla təltif olunub, müəsissəyə voleybol toru və toplar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə