AGF-nin baş katibi Avropa Gimnastika İttifaqının prezidenti seçilib

AGF-nin baş katibi Avropa Gimnastika İttifaqının prezidenti seçilib

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib.

SİA-nın məlumatına görə, bu gün Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezidenti seçkilərində o, daha çox səs yığıb.

Belə ki, F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə