İtaliya "İnter"i qapıçısı Samir Handanoviçlə yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, 33 yaşlı qolkiperlə müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılıb. O, ilinə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, S.Handanoviç 2012-ci ildən "İnter"in şərəfini qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB