"Xəzər Lənkəran" Antaliya toplanışının son günündə 2-ci yoxlama oyununa yerləşdiyi Mərdan İdman kompleksinin ehtiyat meydançasında yerli vaxtla saat 17-də çıxıb. Cənub təmsilçisinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, rəqib isə Turkiyə Super Liqa təmsilçisi "Kasımpaşa" olub. İlk hissədə əsas heyət futbolçularından bir çoxunu ehtiyatda saxlayan Mirça Rednik kobud oyuna üstünlük verən rəqibin futbolçuları zədələyə bilmə ehtimalını düşünüb. Rəqib komandanın ispaniyali futbolçusu matçın 15-ci dəqiqəsində mudafiə xəttinin səhvindən yararlanaraq hesabı açıb. İkinci hissədə "Xəzər Lənkəran"ın əsas heyət futbolçularından bir çoxu meydana çıxsa da 5 real qol vəziyyətindən yararlana bilməyərək meydanı 0-1 hesabı ilə məğlub tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB