Sumqayıt Paralimpiya İdman Kompleksində Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə açıq Azərbaycan çempionatı keçirilib. SİA-nın məlumatına görə, kişilər arasında P-1 kateqoriyasında Kamran Zeynalov bütün rəqiblərini qabaqlayaraq birinci olub. Vladislav Kalmıkov gümüş, Rafiq Əliyev isə bürünc medal qazanıblar.
Qadınlar arasında P-2 kateqoriyasında isə Lalə Mirzəzzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yelena Taranova yarışı ikinci, Aybəniz Babayeva isə üçüncü pillədə başa vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB