Azərbaycan milli komandasının Avropa çempionatı-2012-nin seçmə mərhələsi çərçivəsindəki oyunları ilə bağlı Unibank Premyer Liqasında yaranmış qısa fasilədən istifadə edən "Neftçi" yoxlama görüşü keçirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, "Qarabağ"la ADBTİA-nın stadionunda baş tutan oyunda "ağ-qaralar" Ağdam klubuna məğlub olub – 0:1.
Yeganə qolu oyunun 35-ci dəqiqəsində Georgi Adamiya vurub.
Baş məşqçi Arif Əsədov meydana "Neftçi"nin aşağıda adları çəkilən futbolçularını buraxınb:
Elçin Sadıqov, Ruslan Əmircanov, Denis Silva, Alessandro Viana, Ruslan Qurbanov, Flavinyo, Elmar Baxşiyev, Cavid İmamverdiyev, Rəşad Abdullayev, Bahodir Nasimov, Tural Nərimanov.
Meydana sonradan daxil olanlar: Rauf Mehdiyev, Elhad Əhmədov, Eltun Yaqublu, Vladimir Burduli, Eşqin Quliyev.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB