Azərbaycanlı hakimə CEV-dən yeni təyinat

Azərbaycanlı hakimə CEV-dən yeni təyinat

Azərbaycanlı hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıb. SİA-nın məlumatına görə, o, Çempionlar Liqasının birinci turunda iş başında olacaq.

Həmyerlimiz Novosibirskdə kişi voleybolçular arasında keçiriləcək “Lokomotiv” - “Dinamo” (hər ikisi Rusiya) matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. O, dekabrın 7-də keçiriləcək görüşdə belaruslu Yuri Bakunoviçə kömək edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə